“İqtidar qızıl ehtiyatı məsələsinə aydınlıq gətirməlidir” - Nemət Əliyev

Azərbaycan özünün bütün qızıl ehtiyatını satıb. Bu xəbər cümə axşamı heç gözlənilmədən, buludsuz səmada göy gurultusu kimi yayıldı.
 
Dünya Qızıl Şurasının məlumatına görə, bu, cari ilin fevralında baş verib və yarım il ərzində Azərbaycan son 18 ton qızıl ehtiyatını satıb və buna görə də rəsmi qızıl ehtiyatları üzrə dünya ölkələri reytinqində yer tutmayıb.
Yanvarda ölkəmiz bu reytinqdə 63-cü yeri tuturdu. Şura həmçinin bildirib ki, Azərbaycan qızıl ehtiyatlarını satmağa 2016-cı ilin sentyabrından başlayıb. Martda Dövlət Neft Fondu qızılın satıldığı barədə məlumatı təkzib etdi və bildirdi ki, ARDNF 30,2 ton qızıl alıb: "Alınmış qızıl Azərbaycana gətirilərək Mərkəzi Bankda yerləşdirilib. Keçən ildən qızıl, saxlanması üçün hissə-hissə Dövlət Neft Fondunun xəzinəsinə daşınır. Hazırda Fond qızıl satışını nəzərdə tutmur". Mart ayında olduğu kimi, Fond bu dəfə də "qızıl" ehtiyatının satıldığı barədə məlumatı təkzib etdi, lakin bu cür məlumatların yayılması və ölkənin "qızıl" reytinqində olmamasının səbəblərini heç cür izah etrmədi.
Qızıl ehtiyatının satıldığı barədə məlumstın ardınca Mərkəzi Bankın valyuta ehtiyatlarının $5 033,1 mln.-a qədər artığı barədə xəbər verildi. Nizamlayıcının valyuta ehtiyatları ilin əvvəlinə olduğu ilə müqayisədə $1 058,7 mln. və ya 26,6%, illik hesablamada isə $870,2 mln. və ya 20,9% çoxalıb. Bu xəbərdən sonra dərhal şayiə yayıldı ki, satılmış qızıldan əldə edilmiş pullar Mərkəzi Bankın xəzinəsinə köçürülüb.
İqtisadçı ekspert Nemət Əliyevin fikrincə, rəsmi şəxslər qızıl satışı barədə məlumatın yayılmasına münasibət bildirməli və ümumiyyətlə yaranmış vəziyyəti izah etməlidirlər: "ARDNF-də ehtiyatda 30 ton qızıl saxlanılırdı və onun satışına, yayılan məlumata əsasən, keçən ilin sentyabrından başlayıblar. Məncə, bu xəbərə rəsmi münasibət bildlrilməsinə böyük zərurət vardır. Qoy bu cür informasiyanın yaranma səbəblərini izah etsinlər. Fikrimcə, qızıl ehtiyatlarının satıldlğı haqda məlumat doğru çıxa bilər. Çünki ölkənin hər yerində maliyyə və bank sektorunu bərbad etmiş korrupsiya hökm sürür. Hakimiyyət başında duranların əksəriyyəti böyük maliyyə vəsaitlərinin xaricdəki ofşor hesablarına köçürməklə məşğuldur. Əgər qızıl ehtiyatlarının satıldığı haqda xəbər doğrudursa, həmin hadisənin səbəbini bunda axtarmaq lazımdır".
Ekspert həmçinin qeyd edib ki, ölkə iqtisadiyyatı iflas həddindədir: "İqtisadiyyat bizim heç təsəvvür edə bilmədiyimiiz qədər, son dərəcə ağır vəziyyətdədir. Sirr deyil ki, pensiya və maaşlar gecikmə ilə ödənirlər. Ölkənin əmək haqqı fondu keçən ilin eyni dövründə olduğu ilə müqayisədə 18% azalıb. Qiymətlərin artmasını da buna əlavə etsək, onda belə çıxır ki, ölkədə həyat səviyyəsi 32% aşağı düşüb. Bu niyə baş verib? Buna səbəb, yenə də, ölkədə hökm sürən korrupsiyadır".
Əliyev qızıl satışından əldə edilən pulun Mərkəzi Bankın valyuta ehtiyatlarının artırılmasına sərf edildiyi ehtimalını təkzib edib: "Valyuta ehtiyatlarımız bu dərəcədə artmayıb. 30 ton qızılın qiyməti 1 milyard dollardan çoxdur. İkincisi, dünyada elə bir təcrübə yoxdur ki, Neft Fondunun satılmış qızıl ehtiyatları Mərkəzi Bankın ehtiyatlarının artırılmasıma sərf olunsun. Düşünmürəm ki, bizim hakimiyyət hətta gözdən pərdə asmaq xatirinə buna gedə.
İqtisadçının fikrincə, bütün qızıl ehtiyatının satılması ölkə iqtisadiyyatına böyük zərbə vuracaq: "Bu, dərhal xarici investorların diqqətini cəlb edəcək və bundan sonra onlar çəkməkdə olan Azərbaycan iqtisadiyyatına sərmayə qoymamışdan əvvəllər 100 dəfə fikirləşəcəklər. Bu qızıl ehtiyatı ölkənin iqtisadi nüfuzunun qorunub saxlanmasında böyük rol oynayırdı. İndi, bu xəbər həqiqətə hətta uyğun olmasa belə, hakim dairələrin Azərbaycan layihələrinə kapital qoymaq çağırışlarına kim inanar? Bu, ölkə iqtisadiyyatına böyük ziyan vuracaq", - deyə N.Əliyev bildirib.