İqlim dəyişikliyinin 5 qorxunc FƏSADI - Dünya məhvə gedir?

Baxış sayı:
3760

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) artan temperatur ilə bağlı yaydığı ən mühüm hesabatlarından birinə nəzər salan BBC-nin ətraf-mühit üzrə müxbiri Matt McGrath beş əsas nəticəni təqdim edir.

Onların, temperaturun 1.5 dərəcədən daha yuxarı qalxmasının qarşısını almaq və bu dərəcənin təsiri üzrə araşdırması bu yaxınlarda Cənubi Koreyada tətbiq olunmağa başlanıb.

'Həyəcan təbili' ciddi olduğu qədər ümidvericidir

İqlim dəyişikliyi, qlobal istiləşmə, ətraf mühitin qorunması

Heç şübhəsiz ki, bu 33 səhifəlik ağır hesabat 20 il ərzində iqlim dəyişikliyi barədə verilən ən əhəmiyyətli xəbərdarlıqdır.

"Ciddi şəkildə narahat olmaq lazımdır," - hesabatın Maldivlərdən olan fəsillərindən birinin aparıcı müəllifi Amjad Abdulla BBC News-a deyib.

"Təsir görən ilk yerlər kiçik adalar olacaq, amma heç kim bundan sığortalanmayıb; bu kifayət qədər aydındır."

Xəbərdarlıqlar temperaturun 1.5 dərəcədən yuxarı qalxmasının təhlükələrinin qorxunc olduğunu göstərir, ancaq təəccüblü səslənsə belə, bəlkə də dünya limitdən aşağı dərəcədə qala bilər.

"Həqiqətən böyük bir çətinliklə üz-üzəyik, amma istiləşməni 1.5 dərəcədən aşağı saxlamaq mümkündür," - IPCC müəlliflərindən biri dr. Natalie Mahowald deyib.

"Çox da optimist ola bilmərəm, çünki bunun üçün böyük dəyişikliklər lazım olacaq, lakin bunu etməsək belə, yenə də böyük dəyişikliklər etmək məcburiyyətində qalacayıq."

Dama-dama göl olar

İqlim dəyişikliyi, qlobal istiləşmə, ətraf mühitin qorunması

Hesabatda hərarətin 2 dərəcədən yuxarı qalxmasına şərait yaratmaqla onu 1.5-ə yaxın saxlaya bilmək arasındakı fərqlər detallı şəkildə izah edilib.

Yarım dərəcə çox səslənməsə də, mərcan riflərindən tutmuş, əkin-biçin, daşqınlar və ya növlərin yox olmasına qədər hər kəs və hər şey üçün dünyanın 1.5 dərəcədən aşağı qalması daha yaxşı olar.

"Əlavə istiliyin hər bir hissəsi dəyişiklik yaradır," - IPCC-dən dr. Hans-Otto Pörtner deyir.

"2 dərəcə istiləşmə ilə müqayisədə 1.5 dərəcə istiləşmə o deməkdir ki, 2100-cü ilə qədər əsas qlobal dəniz səviyyəsi 10 sm daha az qalxmış olacaq. Bu isə 10 milyon insanın riskdən qurtulması deməkdir."

Eynilə, hərarəti 1.5 dərəcə artan dünyada istilik dalğalarına məruz qalan əhali sayı 14% olacaq. 2 dərəcədə isə bu göstərici 37%-ə qədər çata bilər.

A, B və ya C variantı yoxdur; A+B+C variantı var

Ayrılan qazları 2030-cü ilə qədər 45% azaltmaq və əsrin ortasınadək demək olar ki, bütün enerjini bərpaolunan üsullarla əldə etmək çox yaxşı fikirdir. Lakin bu məruzənin əsas məğzi iqlim dəyişikliyini uğurlu şəkildə 1.5 dərəcə ilə məhdudlaşdırmaq üçün sadəcə olaraq ayrılan qazların miqdarını azaltmaq və ya həyat tərzini dəyişmək, yaxud daha çox ağac əkmək deyil. Bütün bunlar, üstəgəl daha çox hərəkət.

"1.5 dərəcəni əldə etmək üçün bütün variantları sınamaq lazımdır," - IPCC həmsədri professor Jim Skea deyir.

"Biz variantlar arasından seçim və onlar arasında ticarət edə bilərik, amma nədənsə yan keçmək ideyası mümkün deyil."

İstiləşməni məhdudlaşdırmaq üçün yenidən təkər icad etməyə ehtiyac yoxdur

İqlim dəyişikliyi, qlobal istiləşmə, ətraf mühitin qorunması

Bizim ətraf-mühit problemlərimizi, ələlxüsus iqlim dəyişikliyini həll etməyə qadir texnologiyaya böyük inam mövcuddur.

Hesabatda deyilir ki, iqlim dəyişikliyini cilovlamaq üçün sehrli maşınlar yaratmağa ehtiyac yoxdur - gərəkli bütün texnologiyaya sahibik.

Havadan karbonu sovurub, yer altında saxlamağa imkan verən alətlərimiz var, məruzədə qeyd olunur.

Milyardlarla ağac əkilməlidir - və insanlar torpaqdan istifadədə çətin seçim etmək məcburiyyətində qala bilərlər: qida bitkiləri, yoxsa enerji.

Lakin IPCC-nin hesabatında günəşin qarşısını kəsmək və ya okeanlara dəmir əlavə etmək kimi məntiqsiz fikirlərə məhəl qoyulmayıb.

Bu (bir az) sizdən də asılıdır!

İqlim dəyişikliyi, qlobal istiləşmə, ətraf mühitin qorunması

IPCC-nin yeni araşdırmasını əvvəlkilərdən fərqli edən şey isə onun həyat tərzi ilə birbaşa əlaqəsidir.

Hesabatın müəlliflərinə görə, cəmiyyətin dörd əsas hissəsində sürətli dəyişikliklər aparılmalıdır:

  • enerji istehsalı
  • torpaqdan istifadə
  • şəhərlər
  • sənaye

Bir çoxları bunların hər hansı iləsə bağlı şəxsən bir şey edə bilməyəcəyini düşünsə də, IPCC müəllifləri belə demir.

"Söhbət ucqar elmdən getmir, bizim yaşadığımız və işlədiyimiz yerdən gedir," - dr. Debra Roberts deyir.

"Gündəlik həyatımda bərpaolunan enerjidən istifadə təklifləri üçün siyasətçilərin çiyninə yük qoymaq lazımdır."

Enerjidən minimum istifadə ilə tələbatı azaltmaq da son dərəcə effektiv addımdır.

Eynilə nə yediyinizi, onun haradan gəldiyini anlamaq, səyahətiniz haqqında düşünmək və bütün bu şeylər haqqında maraqlı olmaq enerji istifadəsinə təsir edə bilər.

Daha çox məlumata sahib olmaq və bu yolla yaranan dəyişiklər, sizin üçün də yaxşı ola bilər.

"Açığı, istixana, qaz emissiyalarını azaldan davranış nümunələrini dəyişməyə nə qədər çox hazır olsaq, sonralar karbon dioksidinin çıxarılması kimi başa düşmədiyimiz çətin variantlara daha az ehtiyacımız olacaq," - professor Jim Skea deyir.

"Pəhrizləri dəyişmək üçün iqlim dəyişikliyindən əlavə çoxlu səbəblər var. Sağlamlıq məsləhətlərinə əməl etmək üçün dəyişikliklər etsək, daha uzun ömür sürər və daha yaxşı həyat yaşayarıq və eyni zamanda istixana qaz emissiyalarını da azaltmış olarıq."