​İpoteka ilə bağlı müzakirə aparıldı

Baxış sayı:
7537

"İpoteka haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin maddələr üzrə müzakirəsi aparılıb.
Muxalifet.az Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, qurumun nəzdində fəaliyyət göstərən Hüquqi Məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. İclas "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin maddələr üzrə müzakirəsinə həsr olunub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Assosiasiyanın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı Azərbaycan Banklar Assosiasiyasının üzvüdür.