​“İPhone X” satışa buraxılmayacaq

​Məşhur texnologiya şirkəti “Apple”in ən son məhsulu olan “İPhone X” telefonu təyin edilən vaxtda satışa buraxılmayacaq.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb məhsulun istehsalında yaranan və bitib-tükənmək bilməyən problemlərdir.
27 sentyabrda ilk sifarişə açıq elan ediləcək məhsulun 3 oktyabrda rəflərə buraxılacağı bildirilmişdi. Lakin məhsul bu tarixdə də satışa çıxarılmaya bilər.
“İPhone X”dən əvvəl sifarişə açıq elan edilən “İPhone 8”in satışlarının olduqca pis getməsi şirkəti təşvişə salıb. Satışların aşağı olamsına səbəb isə müştərilərin “İPhone X”i görmədən seçim etmək istəməmələri olub.