​İordaniyada pişiyi dövlət işinə götürdülər

İordaniyanın paytaxtında maraqlı hadisə qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, İordaniya tarixində ilk dəfə olaraq pişiyi işə götürüblər. Lourens ləqəbli pişiyi Britaniya səfirliyi əməkdaş kimi cəlb edib. Bundan sonra Lourens həm diplomat, həm də siçan ovçusu olacaq.
Qeyd edək ki, Britaniya xarici işlər nazirliyində bu ilk hadisə deyil. Birləşmiş Krallığın xarici siyasət idarəsində Palmerston adlı pişik də işləyir. Britaniyanın baş nazirinin Larri adlı pişiyi də dövlət işində çalışır.