​İnəyi qonşusunun həyətinə girdi, özü isə bıçaqlandı

Baxış sayı:
1477

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kazımabad kəndində qeydə alınıb. İlkin məlumata görə, 30 yaşlı kənd sakini Kərimov Vüsal Bəylər oğlu ilə həmkəndlisi Gündüz Nazim oğlu Hüseynov arasında düşən mübahisə birincinin bıçaqlanması ilə nəticələnib. Yaralı V.Kərimov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Məlumata görə, hadisəyə V.Kərimovun iribuynuzlu heyvanı G.Hüseynovun taxıl zəmisinə girməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.