İnvestorlar Rusiyadan qaçırlar - PULLAR XARİCƏ DAŞINIR

Xarici investorlar Rusiya aksiyalarının satışını sürətləndiriblər.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Amerikanın ETF fond birjası yayıb. Birja may ayında xarici investorların 81 milyon dollarlıq səhmlərdən yaxasını qurtardığını bildirib. Aprel ayında isə bu göstərici 75,6 milyon dollar təşkil edib. Ümumilikdə fonddan ilin əvvəlindən indiyə qədər 228 milyon dollar daşınıb. Bununla da Donald Trampın prezident seçilməsindən sonra fond vasitəsilə Rusiya bazarına investisiya yatıranların yarısı buranı tərk edib.
Qeyd edək ki, keçən ilin sonlarında Rusiyaya aktiv yatırımlar edən investorların ölkədən qaçışı yanvarın sonundan başlayıb. Bu dövr ərzində Rusiyanın MMVB indeksi 14,5% dəyər itirib.