İntiqam Əliyevin vəkilinin bank hesabı bloklanıb

Hüquq müdafiəçisi, hazırda həbsdə olan İntiqam Əliyevin vəkili Şəhla Hümbətovanın bank hesabı bağlanıb.  Bu barədə Ş.Hümbətova öz facebook səhifəsində yazıb. Vəkil bildirib ki, 19 yanvar tarixində "Unibank"da olan hesabdan pul çıxartmaq istəyərkən imtina edilib. Vəkil problemlə əlaqədar banka müraciət edib, ancaq bank işçisi bildirib ki, onun hesabı blok olunub. 

Ş.Hümbətova yazır: “Səbəbini isə izah edə bilmədi. Aydınlaşdırıb məlumat verəcəyini dedi.  Hələ də nə hesabın dondurulma səbəbi deyilir, nə də ki pul qaytarılır. "Unibank"ın "Neftçilər" filialının meneceri heç bir izah verməyərək, “iki gün gözləyin, baş ofislə araşdırıb məlumat verəcəyik” cavabını verdi”.