İntiharçı qadınlar hücum etdi - 13 ölü, 16 yaralı

Nigeriyanın Mayduquri şəhərində 3 intiharçı-terrorçunun hücumu nəticəsində ən azı 13 nəfər ölüb. 
Muxalifət.az trend.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində daha 16 nəfərin yaralandığı bildirilir. 
Terrorçular partlayışı böyük restoranlardan birinin yaxınlığında törədiblər. Hücum edən intiharçı-terrorçuların qadın olduqları bildirilib. 
Terakta görə məsuliyyəti heç bir terror təşkilatı üzərinə götürməyib. 
Ehtimal olunur ki, partlayışların arxasında "Boko Haram" terror qruplaşması durur.