​İntihara cəhdin qarşısı alındı: FHN olay yerində

Baxış sayı:
3037

Bakıda qadın intihara cəhd edib.
Muxalifet.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın yaşadığı 9 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.