​İnterpolun rəhbəri Çində saxlanılıb

Baxış sayı:
11323

"İnterpol"un itkin düşdüyü bildirilən rəhbəri Men Xunvey Çində saxlanılıb və istintaq altındadır.
“Russia Today” xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti yazıb.
Onun saxlanılmasının səbəbi açıqlanmayıb.

*** 14:33

İnterpolun prezidenti Men Hunvey sentyabrın 29-da Çinə səfər etdikdən sonra artıq bir həftədir ki, telefon zənglərinə cavab vermir.
“Europe 1” radiosu xəbər verir ki, 64 yaşlı beynəlxalq polis təşkilatı rəhbərinin yoxa çıxması barədə onun həyat yoldaşı məlumat verib. Qadın uşaqları ilə birlikdə Fransanın Lion şəhərində yaşayır.
Faktla bağlı araşdırma başlanıb.