İnterpollun axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda SİLAHLA SAXLANILDI

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində “Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun “qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır.
Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır. (apa)