İnterpol azərbaycanlı mühaciri Belçikada saxlayıb - FOTO / Yenilənib
Bu gün səhər Brüsseldə Azərbaycanlı siyasi mühacirlərin AND ("Azərbaycanda demokratiya uğrunda hərəkat") təşkilatının üzvü Fuad Əkbərov saxlanılıb.
O, Azərbaycanın İnterpol-a verdiyi sorğu əsasında saxlanılıb. Əkbərov Belçika polisinə təhvil verilib. Bu barədə AND-ın məlumatında deyilir.
Təşkilat Azərbaycan hakimiyyətinin bu addımını Azərbaycanlı siyasi mühacirləri birləşdirən AND-ın fəaliyyətindən narahatlığının təzahürü kimi qiymətləndirir.
AND hesab edir ki, Əkbərova qarşı ehtimal olunan ittihamlar saxta və siyasi səbəblərə bağlıdır.
Təşkilat qeyd edir ki, Əkbərov Azərbaycan vətəndaşı olsa da, Almaniyadan siyasi sığınacaq alıb və onun Bakıya təhvil verilməsi qeyri-mümkündür.
AND Əkbərovun tezliklə azad edilməsi üzrə addımlar atır.
Təşkilatın müraciəti Belçika DİN-ə və İnterpola da göndərilib.
***
Avropada daha bir azərbaycanlı siyasi mühacir saxlanılıb.
Sosial şəbəkələrdə xəbər verilir ki, Almaniyada yaşayan siyasi mühacir Fuad Əkbərov Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğusu əsasında, Belçikada İnterpol tərəfindən saxlanılıb.
Hal-hazırda onunun İnterpolun Brüssel bürosunda saxlanıldığı bildirilir.