“İnter” və “Zirə” Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıblar

“İnter” evdə Serbiyanın “Mladost” komandasını, “Zirə” isə səfərdə Lüksemurq “Differdanj”ını məğlub edib
 
Azərbaycanın “İnter” və “Zirə” komandaları Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıblar. “Report”un məlumatına görə, paytaxt klubları I təsnifat mərhələsinin cavab matçlarında qalib gəlməklə buna nail olublar.
“İnter” evdə Serbiyanın “Mladost” komandasını, “Zirə” isə səfərdə Lüksemurq “Differdanj”ını məğlub edib.
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
6 iyul
"İnter” (Azərbaycan) – "Mladost” (Serbiya) 2:0
Qollar: Denis Silva, 23. Nizami Hacıyev, 74
Baş hakim: Nikolay Balakin
Baş hakimin köməkçiləri: Vladimir Volodin, Aleksandr Korniyko
Dördüncü hakim: Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: Robert Malek (Polşa)
UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova)
Bakı. "Dalğa Arena” stadionu
İlk oyun – 3:0
"Differdanj” (Lüksemburq) – "Zirə” (Azərbaycan) 1:2
Qollar: David Vanderbok, 10 - David Manqa, 63. Riçard Qadze, 68
Baş hakim: Boris Marhefka
Baş hakimin köməkçiləri: Tomaş Vorel, Yan Pozor
Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Differdanj Şəhər Munisipal stadionu
İlk oyun – 0:2