“İnter” – “Mançester Yunayted” matçından sonra KÜTLƏVI DAVA

Azərbaycan çempionatının oyunundan sonra "Mançester Yunayted"in futbolçusu döyülüb
14 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının “İnter” – “Mançester Yunayted” matçından sonra kütləvi dava baş verib.
"Report"un məlumatına görə, yerli komandanın futbolçuları rəqib oyunçuların olduğu avtobusa hücum ediblər. İnsident zamanı “Mançester Yunayted”in futbolçusu Raul Məmmədova “İnter”in oyunçusu Tural Əmirhüseynovun valideyni Müşviq Əmirhüseynov zərbə endirib.
İntizam Komitəsi tərəfləri və oyun iştirakçılarını dinlədikdən sonra qərara alıb ki, Tural Əmirhüseynovun valideyini Müşviq Əmirhüseynovun futbol görüşlərinin keçirildiyi stadionlara girişinə qadağa qoyulsun və hər iki klub təlim-tərbiyə işlərini daha yüksək səviyyədə aparsın.