​İnteqrasiya adı ilə BİR MİLYARD OĞURLANDI - Dodon

Şərq Tərəfdaşlığının son sammiti göstərdi ki, Moldovanın Avropa Birliyinin üzvü olması üçün heç bir şansı yoxdur.
Muxalifət.az xəbər verir ki, bu barədə bəyanatı Moldova Prezidenti İqor Dodon yayıb. Onun sözlərinə görə, Moldova dosyesi AB-nin qayğıları yeşiyində ən aşağıda yerləşir:
“Son illər Moldovada kütləvi manipulyasiya kampaniyası aparılır və ölkənin AB-yə üzv olacağı insanlara sübut edilməyə çalışılır. Bu hadisə tez bir zamanda olmayacaq. Bu manipulyasiya AB-nin ciddi problemlərlə üzvləşdiyi, Brüsselin genişlənmək niyyətinin olmadığı bir zamanda aparılır. Avrointeqrasiya şüarı adı altında Moldova hökuməti 2009-cu ildən bəri bank sistemindən 1 milyard avro oğurlayıb, iqtisadiyyatdan qalan şeylərin hamısını məhv edib. Moldovanın AB-yə üzvlüyü üçün heç bir şansı yoxdur”.