​İnsult keçirən tanınmış BƏSTƏKARIN VƏZİYYƏTİ AĞIRDIR

İnsult keçirərək 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində yerləşdirilən tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti ağır olaraq qalır.
Bu barədə Publika.az-a Mərkəzin reanimasiya şöbəsindən məlumat verilib.
Şöbədən bildirilib ki, dünən səhər saatlarında xəstəxanaya yerləşdiriləndən T.Əkbərin vəziyyətində ciddi bir irəliləyiş qeydə alınmayıb.
“Hələ o, özünə gəlməyib. Çünki insult səbəbindən beyində yaranan ocaq böyükdür”, - deyə şöbədən bildirilib.
Qeyd edək ki, T.Əkbər dünən səhər saatlarında insult keçirərək 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib. Həkimlər onun əvvəl iki dəfə də insult keçirdiyini bildiriblər.