​İnstitutda QALMAQAL: "Qoy, hamı burada qoyun kimi oturub qulaq assın" - VİDEO

Baxış sayı:
1374

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovadan institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olub.
Muxalifət.az oxu.az-a istiandən xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.
 “Xəstəni atdılar ortaya ki, sən apar. Mən haradan bilim ki, o xəstədə “emdiardı”, “eksdiardı”. Bəlkə, bu sizin “zakazınızdır”. Mənim əlimdə sübutlar var. Xəstənin üç analizi var. Birində yazılıb, “rifamiçin”ə qarşı həssasdır, digərində - davamlıdır. Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm. Qoy, hamı burada qoyun kimi oturub qulaq assın. Mən sizə qulaq asan deyiləm”, - Səbinə Məmmədova deyib.
Bu sözlərdən sonra o, zalı tərk edib.
 
Qeyd edək ki, Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə ötən ilin mart ayında təyin olub.
Məsələ ilə bağlı Həqiqət Qədirova ilə əlaqə saxlamaq istəsək də, institutdan bildiriblər ki, hal-hazırda o, məzuniyyətdədir.