"İnstaqram"da çoxdan gözlənilən funksiya sınaqdan keçirilir

Baxış sayı:
7519

"İnstaqram" videonun irəli-geri çəkilməsi və istənilən hissədən başladılması funksiyasını sınaqdan keçirir.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə tədqiqatçı Ceyn Mançun Vonq Tvitterdə video paylaşıb.
Hələlik bu funksiya yalnız proqramın beta-versiyasında əlçatandır. Tam istifadəyə verilmə tarixi hələ ki bəlli deyil.
Instagram is testing video seekbar pic.twitter.com/gyIZZhrh2y
— Jane Manchun Wong (@wongmjane) March 27, 2019