​İnstaqramda başqa qadını dostluğuna qəbul edən cavan oğlanı sevgilisi öldürdü — 36 bıçaq zərbəsi

Baxış sayı:
540

İngiltərədə dəhşətli cinayət baş verib.
Muxalifet.az xəbər verir ki, 25 yaşlı qadın İnstaqramda keçmiş sevgilisinin başqa bir qadını dostluğa qəbul etdiyini görərək əsəbləşib. Qısqanclıqdan dəliyə dönən qadın keçmiş sevgilisini bıçaqlayaraq öldürüb.
Hadisə Londonda baş verib. 25 yaşlı Hasna Begum Kannin1 qəsəbəsində yaşayan keçmiş sevgilisinə 36 bıçaq zərbəsi endirib.
İtalyan əsilli Pietro Sanna DJ olaraq işləyirmiş. Pietrodan ayrılan Hasna onu sosial şəbəkədə izləyirmiş. Günlər keçdikcə qadın daha çox qısqandığını hiss edib. Pietronun İnstaqramda dostluğuna başqa qadın qəbul etməsi səbrin son damlası olub. Bir müddət keçmiş sevgilisini təqib edən Hasna dostluğa qəbul edilən qadına "sən eybəcər bir fahişəsən" ismarıcını göndərib.
Sarı parik taxaraq dəri əlcəklə sevgilisinin evinə girən qadın cinayəti işlədikdən sonra meyitin mobil telefonunu da götürüb. O, keçmiş sevgilisinin bütün sosial şəbəkə səhifələrini silib.
Məhkəmənin hökmü ilə Hasna Begum 20 il müddətinə azadlıqdan məhrum edilib.