"İnstagram"dakı "layk"a görə qovulur - PSJ-də QALMAQAL

Baxış sayı:
7468

PSJ yarımmüdafiəçisi Adrien Rabyonu cəzalandırıb.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, buna 23 yaşlı futbolçunun Çempionlar Liqasının "Mançester Yunayted"ə qarşı təkrar 1/8 final oyunu öncəsi gecə klubuna getməsi səbəb olub.
Qeyd edək ki, PSJ təkrar qarşılaşmada uduzaraq ÇL-də mübarizəni dayandırıb.
Paris klubu ilkin cəza olaraq futbolçunu martın 27-nə kimi əsas komandadan xaric edib. Bu qərar həm də ona görə verilib ki, Rabyo "Mançester Yunayted"li futbolçu Patris Evranın PSJ üzərindəki qələbə sevinci ilə bağlı "İnstagram"da etdiyi paylaşımı bəyənib.
Qeyd edək ki, bu günlərdə PSJ rəhbərliyinin iclası keçiriləcək. Həmin iclasda Rabyo ilə müqavilənin ləğv ediləcəyi və onun komandadan göndəriləcəyi ehtimal edilir.
Qeyd edək ki, PSJ - "Mançester Yunayted" matçında (1:3) Rabyonun adı oyunun iştirakçıları sırasında olmayıb. Görüşdən sonra o narazılıqla bildirib ki, yaxşı formada olsa da, heyətə daxil edilməyib.