İnsansız döyüş təyyarəsi ilk dəfə havaya qalxdı

Baxış sayı:
4540

 ABŞ Hərbi Hava Qüvvələrinin elmi-tədqiqat laboratoriyası 2,5 ildir üzərində çalışılan prototip insansız döyüş qırıcısının test edildiyini bildirib.
 
ABŞ Hərbi Hava Qüvvələrindən yazılı açıqlama verilərək çalışması gizli aparılan XQ-58a Valkyrie adlı insansız qırıcısının foto və test görüntüləri paylaşılıb.
Açıqlamada, "Uzun mənzilli, yüksək səs altı sürətə malik insansız döyüş təyyarəsi XQ-58a Valkyrie ilk uçuşunu 5 martda Arizona Yuma Test Meydançasında tamamlayıb.
Hərbi hava Qüvvələrinin Tədqiqat Laboratoriyası XQ-58a-nı Kratos İnsansız Hava Vasitələri Sistemləri şirkəti ilə inşa edib" deyə bildirilib.
Qalxış və eniş üçün eniş zolağına ehtiyac duymayan təyyarənin ilk uçuşunda 76 dəqiqə havada qaldığı bildirilib.
 
5 TESTDƏN DAHA KEÇƏCƏK
 
 Layihənin təxminən 2,5 il əvvəl başlanıldığı bildirilən açıqlamada, təyyarənin aerodinamik çıxışı, eniş və çalışma sistemləri üçün 5 testdən daha keçəcəyi bildirilib.
XQ-58a-nın ABŞ-a daha ucuz kəşf, döyüş və elektron hərbi imkanları yaradacağı qeyd edilərək təyyarənin eyni zamanda insanlı və insansız hava vasitələri ilə birgə əməliyyatlarda iştirak edəcəyi qeyd edilib.
Təyyarələrin 3 min kilometr mənzilə sahib olduğu və kiçik miqyaslı bombalarla yanaşı, elektron hərbi və kəşfiyyat elementləri ilə təchiz edildiyi qeyd olunur.
Müxalifət.az