“İNSANLARLA DONUZ KİMİ RƏFTAR EDİRLƏR...” - Minskdəki milis şöbəsindən kadrlar yayıldı - VİDEO

Baxış sayı:
1228

Sosial şəbəkələrdə Belarusda avqustun 9-da keçirilən prezident seçkisindən sonra baş tutan etiraz aksiyalarının sərt şəkildə dağıdılmasına dair çoxsaylı videolar yayılıb. Azpolitika.info xəbər verir ki, belə videoların biri də aksiyalarda həbs olunan şəxslərə qarşı Minskin milis şöbələrində göstərilən münasibəti əks etdirir.

Həmin videoda çoxlu sayda mitinq iştirakçısının milis şöbəsinin həyətində yarıçılpaq şəkildə üzüaşağı yerə uzadıldığı əks olunub.

Bu kadrları evinin pəncərəsindən çəkən Minsk sakinləri isə gördüklərindən dəhşətə gəldiklərini ifadə edirlər və insanlarla çox pis rəftar edildiyini, onların döyüldüyünü, təhqir olunduğunu bildirirlər: “Yığınlarla insanı yerə uzadıblar. Onlarla donuz kimi rəftar edirlər, onları təpikləyirlər. Onları təhqir edirlər, ələ salırlar. Heç kəsi də oraya buraxmırlar. Və təkcə bizdə yox, bütün şöbələrdə belədir...”

Qeyd edək ki, sözügedən kadrlar sosial şəbəkələrdə, eləcə də bir çox nüfuzlu mətbu orqanlarda geniş yayılıb və çoxsaylı etirazlara səbəb olub.