“İnsanların qışqırıq səslərinə oyandım” - GƏNCƏ SAKİNİ

Baxış sayı:
1049

Xəbər verdiyimiz kimi, gecə saatlarında düşmən humanitar atəşkəsə baxmayaraq, Gəncə şəhərini atəşə tutub. 

Atılan raketlərdən biri şəhərdəki yaşayış binasının üzərinə düşüb. 

Hadisə nəticəsində 8 mülki şəxs həlak olub, 30 nəfər yaralanıb. 

Sakin: “İnsanların qışqırıq səslərinə oyandım. Xəsarət alanları xəstəxanalara yerləşdirdik”.

Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində bir sıra tikililərə də ziyan dəyib.