“İnşallah” sözü Almaniyada lüğətə daxil edildi

Baxış sayı:
4170

Müsəlmanların gündəlik həyatda tez-tez işlətdiyi "inşallah" sözü Almaniyada əsas lüğət kimi qəbul olunan "Duden"ə daxil edilib.

"Anadolu" agentliyi xəbər verir ki, "Duden"in internet saytında "inşallah" sözünün almancası "inschallah" olaraq qeyd olunub. Sözün mənası isə "Allah istəyərsə" kimi tərcümə olunub.

Bundan başqa, sözün ərəb mənşəli olduğu və müsəlmanlar tərəfindən tez-tez işlədildiyi qeyd edilib. "İnşallah" sözünün yeni çap olunacaq "Duden" lüğətinə daxil edilib-edilməyəcəyi ilə bağlı isə hələ məlumat verilməyib.