İnşaat sektorunda çalışanların sayı artdı - ƏMƏKHAQQLARI İSƏ ENDİRİLDİ

Baxış sayı:
558

2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 60,9 min nəfər təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 faiz azalaraq 1051,5 manat olub.
İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqısı 15,5 faiz azalıb, binaların tikintisində əməkhaqqı 10,1 faiz, mülki təyinatlı inşaat işlərində isə 13,8 faiz artıb.