​İnquşetiyada TERROR - Ölən və yaralananlar var

Rusiyanın İnquşetiya Respublikasında terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb.
Muxalifet.az xəbər veeir ki, hadisə Nazran rayonunun Yandare yaşayış məntəqəsi yaxınlığında baş verib. Hadisə nəticəsində Yol-Patrul Xidmətinin üç əməkdaşı yaralanıb, onlardan biri xəstəxanada keçinib. Son məlumatlara görə, Yol-Patrul Xidmətinin blok-postuna hücumda 4 nəfər silahlı iştirak edib. Hazırda onların zərərsizləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Hücumdan sonra antiterror əməliyyatı rejimi tətbiq edilib.