İnək vuran Bakı sakini xəstəxanada öldü

15 gün əvvəl iribuynuzlu heyvan tərəfindən vurulan Bakı sakini xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyi (DİN) xəbər verir ki, 2014-cü il dekabr ayının 31-də Suraxanı rayonunun Zığ qəsəbəsində Bakı şəhər sakini Şükür Quliyevi inək vurub.

Xəstəxanaya yerləşdirilmiş Ş.Quliyev yanvarın 15-də orada ölüb.