​Inın qardaşının qətlində Rusiya izinə dair iddia təkzib olundu - YENİLƏNİB

Baxış sayı:
4375

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Rusiya Şimali Koreya xüsusi xidmət orqanlarına Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində kömək edib.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bunu N. Heyli BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
O iddia edib ki, Rusiya Şimali Koreyaya biololoji maddələr ötürüb.
Qeyd edək ki, Kim Çen Nam 2017-ci ilin fevralın 13-də Kuala-Lumpur hava limanında qətlə yetirilib. Onun dərisində VX zəhərli maddənin izləri aşkarlanıb. Bu qətl ilə əlaqədar ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib.