İngiltərəyə böyük şok! 'O torpaqları dərhal təhvil ver'

Baxış sayı:
4444

BMT Baş Məclisində İngiltərənin Hind Okeanındakı Chagos Takımadalarının idarəsini 6 ay içində buraxaraq ada dövləti Morityusa təhvil verməsini tələb edən qərar qəbul edilib. Qərar "tövsiyə" xüsusiyyətində olmasına və qanuni bağlayıcılığı olmamasına baxmayaraq beynəlxalq arenada siyasi ağırlığı səbəbiylə əhəmiyyət daşıyır.
 
Afrika ölkələri tərəfindən 193 üzvlü BMT Baş Məclisinə təqdim edilən qanun layihəsinə 116 ölkə dəstək verərkən, 56 ölkə bitərəf qalıb. İngiltərənin əleyhinə çıxdığı qanuna, aralarında ABŞ, İsrail, Macarıstan, Maldivler və Avstraliyanın da olduğu yalnız 5 ölkə dəstək verib.
BMT Baş Məclisi İngiltərənin əhəmiyyətli bir ABŞ hərbi bazasını da ehtiva edən Hind Okeanındakı Chagos Takımadalarının idarəsini 6 ay içində buraxaraq ada dövləti Morityusa təhvil verməsini tələb edən qərarı qəbul edib.
 
TÖVSİYƏ XARAKTERLİDİR
 
BMT Baş Məclisinin qərarları "tövsiyə" xüsusiyyətində olmasına və qanuni bağlayıcılığı olmamasına baxmayaraq beynəlxalq arenada siyasi ağırlığı səbəbiylə əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi də 25 fevralda İngiltərənin Chagos Takımadalarını nəzarət etməsinin qeyri-qanuni olduğuna və Chagosu Morityusa qaytarmasına qərar vermişdi, ancaq qanuni bağlayıcılığı olmayan Beynəlxalq Ədalət Məhkəməsinin qərarları tövsiyə xüsusiyyəti daşıyır.
İngiltərə 1814-cü ildən bəri nəzarət etdiyi Morityusa BMT-nin təzyiqindən sonra 1968-də müstəqilliyini verdi, ancaq bundan 3 il əvvəl Chagos Takımadalarını ölkədən ayıraraq əlində tutmağa davam etdi.  Chagos Takımadalarının ən böyüyü olan mərcan ada Diyeqo bazasını da İngiltərə 1966-da ABŞ-a kirayəyə verdi. ABŞ baza olaraq istifadə etdiyi bu adanı 2036-cı ilə qədər əlində tuta biləcək.
Müxalifət.az