İngiltərənin baş nazirindən “Qaşıqçı” açıqlaması

Baxış sayı:
166

İngiltərənin baş naziri Teresa Mey, xarici işlər naziri Ceremi Hunun Səudiyyə Ərəbistandakı təmaslarında jurnalist Camal Qaşıqçı cinayətinin səbəbkarlarının hesabat verməsi lazım olduğunu açıq şəkildə dilə gətirdiyini bildirib.
 
Londonun maliyyə mərkəzi "City Of Londonın" bələdiyyə sədri tərəfindən verilən ənənəvi yeməkdə çıxış edən Mey, ölkəsinin hüququn aliliyinə əsaslanan  beynəlxalq tərəfdaşları ilə iş birliyi içində olmağı davam etdirəcəyini söyləyib.
Birgə təhlükəsizliyi daha da irəli aparmaq üçün səy göstərirkən həm özlərinin, həm də beynəlxalq birlikdəki tərəfdaşlarının qanunun aliliyinə bağlılıq göstərməsinin həyati əhəmiyyətə malik olduğunu vurğulayan Mey, "Bunun ən yaxın nümunəsi Camal Qaşıqçı-nın dəhşətli şəkildə öldürülməsidir. Xarici işlər nazirimiz bu gün Ər-Riyad səfərində bir daha bu məsələdə şəffaf və inandırıcı bir istintaq aparılması və vəzifəlilərin hesabat verməsi lazım olduğunu açıq şəkildə dilə gətirib" deyib.
Qeyd edək ki, xarici işlər naziri Ceremi Hunt, Səudiyyə Ərəbistanı təmasları çərçivəsində kral Salman bin Abdulaziz, vəliəhd şahzadə Məhəmməd bin Salman və həmkarı Adil el-Cubeyr ilə görüşüb.
Hunt, jurnalist Camal Qaşıqçı-nın 2 oktyabrda İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülməsindən bu yana Böyük Britaniyadan bu ölkəyə gedən ən yüksək səviyyəli səlahiyyətli olub.
İngiltərə Xarici İşlər Nazirliyinin müşaviri Simon Makdonald da həftənin sonunda səfər etdiyi Səudiyyə Ərəbistanında Qaşıqçı cinayətinə dair danışıqlar aparıb.
Müxalifət.az