İngiltərənin baş naziri: TRAMPIN KÖPƏYİ DEYİLƏM

Baxış sayı:
5989

Suriya əməliyyatına görə tənqidlərin hədəfi olan İngiltərənin baş naziri Teresa Mey, “Mən Trampın iti deyiləm. Suriya vurulmasa, daha çox insan öləcəkdi" deyib.
 
Amerika, Fransa və İngiltərənin Suriyaya qarşı təşkil etdiyi hərəkat, İngiltərənin baş naziri Teresa Meyi də çətin vəziyyətə salıb.
İngilis müxalifəti tərəfindən sərt bir dillə tənqid edilən Mey, reaksiyalara cavab verib.
 
“SURİYANI VURMASAYDIQ...".
 
ABŞ prezidenti Donald Trampa yaltaqlıq etməklə günahlandırılan İngiltərənin baş naziri, hərəkatın keçirilməsi ilə bir çox insanın ölümdən xilas edildiyini bildirib.
Baş nazir Mey, "Mən Trampın iti deyiləm. Suriya vurmasaydıq daha çox insan öləcəkdi" deyə, söyləyib.
Teresa Mey, Suriya hərəkatına qoşularaq daxili siyasətdə mövqeyini möhkəmləndirməyə çalışmaqla da ittiham olunub.
Müxalifət.az