İngiltərədən Türkiyə və Brunson açıqlaması

Baxış sayı:
7630

BMT Təhlükəsizlik Şurasına avqust ayında sədrlik edən İngiltərəli Pierce, “Fox News” telekanalında gündəmə dair sualları cavablandırıb.
 
Türkiyədəki məhkəmə prosesi davam edən Amerikalı keşiş Endryu Brunsonun sərbəst buraxılmasını istəyən ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı mövqeyi və iki ölkə arasında baş verənlərə dair bir suala Pierce, bu cavabı verib:
“Həm Türkiyə, həm ABŞ bizim NATO müttəfiqimizdir və hər ikisi ilə də əlaqələrimizə çox dəyər veririk. Keçmişdə bir-birlərinə çox yaxındılar. Bu iki ölkənin öz aralarında həll etməsi lazım olan xüsusi bir mövzudur. İngilis səfir (Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi) Bolton ilə Türk səfirinin Ağ Evdəki görüş və söhbətindən xəbərim yox idi, amma məncə, bu gələcək istiqamətdə yaxşı bir addım olmalıdır”.
Pierce, "Brunsonun sərbəst buraxılmasının iki ölkə arasındakı böhranı yüngülləşdirib, yüngülləşdirməyəcəyi" sualına da cavab verib.
Bu suala Pierce, "Bəlkə də. Hazırda münasibətlərdə başqa problemlərin də olduğunu bilirəm. Türkiyədə müasir bir demokratiyanın olduğunu və hüququn aliliyinə, hüquq qaydalarına tabe olacağını bilirik. Keçmişdə, nəzarətlər və müstəqil məhkəmə çağırışları etmişdik. Türkiyə ilə bəzi ədliyyə mövzularında işləməyə davam etmək lazım olduğunu düşünürəm". deyə, söyləyib.
Müxalifət.az