İngiltərədən Trampa 'çox axmaq adamdır' cavabı!

Baxış sayı:
12352

İngiltərənin Xarici İşlər naziri Jeremy Hunt ABŞ prezidenti Donald Trampın İngilis hökuməti və səfiri haqqındakı açıqlamalarının hörmətsiz və səhv olduğunu ifadə edib.
 
Jeremy Hunt İngiltərənin Vaşinqtondakı səfiri Kim Darroçun "çox axmaq bir adam olduğunu" söyləyən Trampa Twitterdən cavab verib.
Trampın mesajını şərh edən Hunt, "Dostlar açıq bir şəkildə danışar, bu səbəbdən mən də elə edəcəyəm. Bu açıqlamalar həm baş nazirimizə, həm də ölkəmə qarşı hörmətsiz və səhvdir" deyə qeyd edib.
ABŞ-lı diplomatların da öz qiymətləndirmələrini Vaşinqtona təqdim etdiyinə diqqəti çəkən Hunt, paylaşmasında bunları qeyd edib:
"İngiltərə və ABŞ ittifaqının tarixin ən böyüyü olduğunu söylədiniz. Mən də eyni qənaətdəyəm, ancaq müttəfiqlər bir-birlərinə qarşı hörmətlə davranar, eynilə baş nazirin (Theresa Mey) sizə davrandığı kimi. Səfirlər İngilis hökuməti tərəfindən təyin edilər, əgər baş nazir olsam, Vaşinqtondakı səfir vəzifəsinə davam edəcək".
Qeyd edək ki, Hunt keçmiş Xarici İşlər naziri Boris Consonla iqtidardakı Mühafizəkar Partiyanın liderliyi üçün yarışır. Hunt liderliyi qazandığı təqdirdə ölkənin yeni baş naziri də olacaq.
 
'Çox axmaq bir adamdır'
 
ABŞ prezidenti Tramp bir neçə gündür polemikaya girdiyi İngilitərənin Vaşinqtondakı səfiri Darroça yönəlik tənqidlərini bu gün Twitter hesabından davam etdirmişdi.
Tramp açıqlamasında, "İngiltərənin ABŞ-a ötürdüyü dəli səfir bizi həyəcanlandıran biri deyil, çox axmaq bir adamdır. Səfir əvvəlcə uğursuz “Brexit” müzakirələri haqqında öz ölkəsi və baş nazir Mey ilə danışmalıdır" deyə qeyd etmişdi.
Müxalifət.az