İngiltərədən Səudiyyəyə şok ittiham

Baxış sayı:
10852

İngilis millət vəkillərindən ibarət nümayəndə heyətinin hesabatında, Səudiyyə Ərəbistanında həbsdə olan qadın aktivistlərin zalım və qeyri-insani rəftara məruz edildikləri bildirilərək, “Ölkədə ən üst səviyyədəki Səudiyyə rəsmiləri də işgəncə günahından məsul ola bilər” deyilib.
 
Məhbus qadınlara tibbi yardımın edilmədiyi və möhkəm sağlamlıq problemləri yaşamaq ehtimalları olduğu bildirilən hesabatda, ingilis millət vəkillərinin məhbuslarla görüşməsinə də icazə verilmədiyi qeyd edilib.
Qadın aktivistlərin yuxusuz qoyulduğu bildirilən hesabatda, məhbusların döyüldüyü, ölümlə təhdid edildiyi və təcriddə tutulduğu bildirilib.
Heyətdə yer alan deputat Blunt, "Səudiyyə qadın məhbuslar o qədər pis rəftar görür ki, beynəlxalq işgəncə araşdırmasına açıqdır. Tibbi yardım və hüquqi məsləhət almaqdan, ailə üzvləri ilə görüşməkdən məhrum edilirlər. Məruz qaldıqları təcrid və pis rəftar işgəncənin beynəlxalq tərifinə daxil olmağa yetəcək qədər pisdir" deyib.
Səudiyyə Ərəbistanında ötən il həbs olunan aktivistlər arasında Luceyn el-Hezlul, İman en-Nefcan, Əzizə əl-Yusuf, Semer Bədəvi və Hetun el-Fassi kimi şəxslər yer alır.
Müxalifət.az