İngiltərədən sonra Almaniyada da zəhərlənmə şübhəsi: Bu dəfə də Rusiya izi

Baxış sayı:
4798

Rusiyanın ev sahibliyi etdiyi 2018 Futbol üzrə Dünya Kubokundakı final oyununda meydançaya girərək etiraz aksiyası keçirənlərdən biri olan “Pussy Riot” qrupunun üzvlərindən olan Pyotr Verzilov haqqında Berlindən edilən açıqlamada, böyük ehtimalla zəhərləndiyi bildirilib.
 
Qeyd edək ki, Moskvadakı bir xəstəxananın toksikoloji bölməsinə qaldırılan Verzilovun "zəhərlənmiş ola biləcəyi” irəli sürmüşdü.
Həyat yoldaşının "zəhərləndiyini" iddia etdiyi Verzilov, müalicə üçün Almaniyanın paytaxtı Berlinə aparılmış, iki dostunun bazar günü etdiyi açıqlamada aktivistin görmə, danışma və yerimə qabiliyyətini itirdiyini, ancaq Almaniyada müalicə olunduğundan bəri vəziyyətinin daha yaxşı olduğunu demişdilər.
Verzilovun xanımı Nadejda Tolokonnikova, "Qəsdən zəhərləndiyinə və onun gözünü qorxutmaq və ya onu ölürdürmek məqsədilə edildiyinə inanıram" açıqlaması etmişdi.
Müxalifət.az