İngiltərədən “Qaşıqçı” açıqlaması: Sonu pis olar

Baxış sayı:
3883

İngiltərənin xarici işlər naziri Ceremi Hunt, Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçı-nın öldürüldüyü iddiaları doğru olduğu təqdirdə Səudiyyə Ərəbistanı üçün ciddi nəticələri olacağını deyib.
 
 Hunt, "Özlərini uzun müddətdir Səudiyyənin dostları kimi düşünən insanlar bunun çox ciddi bir vəziyyət olduğunu deyir. Bu iddialar doğrudursa, ciddi nəticələr doğuracaqdır. Çünki dostluğumuz və tərəfdaşlığımız ortaq dəyərlərə əsaslanır. Həqiqətən çox narahatıq" deyib.
Hunt, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel el-Cubeir ilə danışdığını və İngiltərənin çox narahat olduğunu söylədiyini bildirib.
Müxalifət.az