İngiltərədə təhsil alanlara ŞAD XƏBƏR: bundan sonra 2 il...

Baxış sayı:
238

İngiltərədə təhsil alan xarici ölkə vətəndaşlarının universiteti bitirdikdən sonra iş tapmaları üçün ölkədə qalmalarına icazə verilən viza müddəti uzadılıb.
Vizanın müddəti 4 aydan 2 ilə qaldırılıb.
Daxili İşlər Nazirliyi tərəfindən gündəmə gətirilən qanun layihəsi ilə birlikdə gələn ildən etibarən bakalavr və magistratura dərəcələrinə sahib olan tələbələr 2 il ərzində İngiltərədə qala biləcək.
Qərarın 450 minə yaxın tələbəyə şamil edilməsi gözlənilir.
İngiltərə bu qanuna universitetlərə qeydiyyatın beynəlxalq səviyyədə azalmasından sonra ehtiyac duyub.
Baş nazir Boris Conson bu qanun sayəsində tələbələrin potensiallarını ortaya qoya biləcəyini və İngiltərədə karyera quracaqlarını deyib.//Publika