İngiltərədə baş nazirə etirazlar artır - DAHA BİR QALMAQALLI İSTEFA

Baxış sayı:
545

İngiltərənin Əmək naziri Amber Rudd istefa verib.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.

Rudd Baş nazir Boris Consonun Mühafizəkar Partiyasından olan 21 millət vəkilini parlamentdən xaric etməsinə görə istefa verdiyini bildirib.

Qeyd edək ki, bu Conson kabinetində ikici ayrılıqdır. Bundan əvvəl də Consonun qardaşı Co Conson istefa vermişdi.