İngiltərədə ARD-ARDA İSTEFALAR: Nazirlər Kabineti bir-bir boşaldır

Baxış sayı:
142

İngiltərənin əmək və sosial müdafiə naziri Ester Makvey istefaya gedib.
Sosial media hesabı vasitəsilə baş nazir Tereza Meyə göndərdiyi məktubu paylaşan Makvey “bu səhər Nazirlər Kabinetindən istefa verdiyimi baş nazirə bildirdim” şərhini yazıb.
Qeyd edək ki, bu istefa bu gün İngiltərədə 3-cü belə hadisədir. Daha öncə Böyük Britaniyanın Breksit məsələləri üzrə naziri Dominik Raab və Şimali İrlandiya məsələlərinə baxan nazir Şaileş Vara da istefa verdiyini açıqlamışdı.
Qeyd edək ki, istefalar Britaniya hökumətinin Avropa İttifaqı ilə "Breksit”in şərtləri barədə saziş layihəsinin təsdiq edilməsinə görədir.