İngiltərədə ABŞ-a aid sənəd TAPILDI

Böyük Britaniyada ABŞ-ın Müstəqillik Bəyannaməsinin əl ilə yazılmış surəti aşkar edilib. Bunun mövcudluğu haqqında isə bu vaxta kimi heç bir məlumat olmayıb.
  “The Associated Press”ə istinadən məlumatına görə, bu haqda Harvard Universitetindən olan alimlər Emil Snef və Daniel Allen bildiriblər.
 Onlar deyiblər ki,  İngiltərənin cənub-şərqindəki Çiçester şəhərindəki arxiv sənədlərində bunu aşkar ediblər.
 Alimlər vurğulayırlar ki, bu vaxta qədər ABŞ Milli Arxivində Müstəqillik Bəyannaməsinin perqamentdə əl ilə yazılmış surəti məlum idi.
 Qeyd edək ki, ABŞ Milli Arxivinin ekspertlərinin məlumatına görə, Müstəqillik Bəyannaməsinin 20-dən çox surəti var. Lakin hazırda tapılan sənəd onların siyahısında yoxdur.
 Xatırladaq ki, sənəd 4 iyul 1776-cı ildə qəbul edilib.