İngiltərə vətəndaşlarını İraqa səfər etməməyə çağırdı

Baxış sayı:
1558

Böyük Britaniya, İran generalı Qasım Süleymaninin öldürülməsi səbəbiylə vətəndaşlarının məcbur olmadıqca, İran və İraqa səyahət etməməyə çağırdı.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir.
NATO da İraqdakı təlimləri müvəqqəti olaraq dayandırdığını bəyan etdi.Türkiyə XİN də bu hücumdan sonra vətəndaşları İraqa səyahət etməməyə çağırıb.
NATO nümayəndəsi Dylan White, verdiyi açıqlamada, bölgədə rabitənin yaxından müşahidə edildiyini bildirdi. NATO-nun ABŞ rəsmiləriylə sıx əlaqə saxladığını ifadə edən White, baş katib Yens Stoltenbergin də ABŞ müdafiə naziri Mark Esper ilə telefonla əlaqə saxladığını qeyd etdi.
White, NATO İraq təlim missiyasının bir neçə yüz personaldan ibarət olduğunu diqqətə çatdıraraq, Iraq hökumətinin tələbi ilə ölkənin təhlükəsizlik qüvvələrinin gücləndirdiyini bildirdi.
Muxalifet.az