İngiltərə ilə Rusiyanın arasını açan CASUSLA BAĞLI YENİ DƏYİŞİKLİK..

Baxış sayı:
4999

Son dövrdə İngiltərə ilə Rusiya arasındakı münasibətləri gərginləşdirən casus böhranında yeni bir dəyişiklik baş verib. Casus Sergey Skripalin həyatı təhlükəsinin keçdiyi bildirilib.
 
İngiltərədə sinir qazına məruz qalan və Rusiya tərəfindən zəhərləndiyi irəli sürülən keçmiş Rus casusu Sergey Skripal ilə qızı Yulia Skripala görə, Avropa ölkələri ilə, ABŞ və Rusiya arasında diplomatik böhran yaşanmış, bir çox Aİ ölkəsi və ABŞ, ölkələrindəki Rus diplomatları ölkəsindən deportasiya etmişdi.
Casus Skirpalın müalicə aldığı xəstəxananın direktoru doktor Kristin Blanshard, "Salisbury Region Xəstəxanasında müalicə görən iki xəstənin vəziyyəti haqqında sizi məlumatlandırmaq istəyirəm. Ötən cümə, sizlərə Yulia Skripalin vəziyyətinin daha yaxşı bir hala gəldiyi barədə məlumat vermişdik. Yulianın vəziyyəti, özünün də dediyi kimi, hər keçən gün daha yaxşıya doğru gedir və tamamilə sağalıb, xəstəxanadan çıxacağı günü səbirsizliklə gözləyir" deyib.
 
SERGEY SKRİPAL MÜALİCƏYƏ CAVAB VERİR
 
Blanshard, "Sizə Sergey Skripal haqqında da məlumat vermək istəyirəm. O, müalicəyə yaxşı reaksiya verir, vəziyyətindəki yaxşılaşma sürətlə gedir və artıq kritik bir vəziyyətdə deyil" deyə, söyləyib.
Rusiyanın İngiltərədəki səfirliyi edilən açıqlamadan sonra atdığı tweettə, "Xəbərlər yaxşıdır" deyə, bildirib.
Dünən də Sergey Skripalin qızı Yulia Skripal, ilk dəfə açıqlama verərək, "Yaxşıyam" mesajı vermiş və atasının da sağlamlığının yaxşıya doğru getdiyini söyləmişdi.
Qeyd edək ki, Skripal və qızı, 4 martda bir mübadilə mərkəzinin önündəki bankda şüursuz bir şəkildə tapılmış, sonra xəstəxanaya qaldırılmışdı.
Müxalifət.az