İngiltərə ilə Çin arasında böhran!

Baxış sayı:
4651

Hong Kong-un İngiltərədən Çin rəhbərliyinə keçişinin 22-ci ildönümündə günahkarların Çinə qaytarılmasıma qanununa qarşı edilən etirazlar İngiltərə ilə Çin arasında diplomatik gərginliyə səbəb olub.
 
İngiltərədə baş nazirliyə ən böyük namizədlərdən olan Boris Johnson Hong Kong-dakı etirazçılara tam dəstək verdiyini ifadə edib. Pekini xəbərdar edən Johnson, "bir ölkə iki sistem" anlayışının tətbiq olunmaması lazım olduğunu ifadə edib.
"Nəticələri olacaq"
 
Baş nazirlik yarışının digər əhəmiyyətli bir namizədi Xarici İşlər naziri Ceyms Hunt da etdiyi açıqlamada, "Hong Kong-un 1997-ci ildə Çinə verilməsindən sonra Pekin rəhbərliyinin verdiyi vədləri yerinə yetirmədiyi təqdirdə bu vəziyyətin nəticələri olacaq" deyib.
Bundan başqa, Çinin Londondakı səfiri İngiltərənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir Liu Şiaoming jurnalistlərə etdiyi açıqlamada, İngilis hökumətinin Çinin daxili məsələlərinə qarışdığını söyləyərək tənqid etmiş, Londonun Hong Kong-u hələ də "İngilis rəhbərliyində" gördüyünü ifadə etmişdi.
 
Londona sərt cavab
 
İngiltərənin Çinə xəbərdarlıqlarına isə Pekindən cavab gecikməyib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Şuang, Hunt-u "utanmaz" olaraq qınayaraq Londona təpkisini göstərib.
Geng İngiltərədə baş nazirlik üçün mübarizə edən Hunt-un Hong Kong mövzusunda etdiyi səhvləri düzəltmədiyini və bu davranışını davam etdirdiyini ifadə edib. Sözçü ayrıca, "Hong Kongun İngilis müstəmləkəsi olduğu dövrlərdə demokratiya var idimi? Hong Kongluların etiraz haqqı belə yox idi" deyib.
 
Hong Kongda nələr baş verir?
 
Çinin cənub-şərqində olan Hong Kong-da günahkarların Çinə qaytarılması ilə əlaqədar qanun son bir neçə həftədir etiraz edilir. Çinin hüquq sisteminə güvənməyən və bu qanun olduğu təqdirdə müxaliflərin hədəf alınacağını ifadə edən etirazçılar, sayları milyonlara çatan etiraz nümayişləri təşkil edir.
Müxalifət.az