"İngiltərə hər zaman Türkiyəni dəstəkləməyə hazırdır" – NAZİR

Türkiyə İngiltərənin ən yaxın müttəfiqlərindən biridir.
 
Bu sözləri İngiltərinin dövlət naziri Alan Dunkan deyib.
“Türkiyəyə 5-ci rəsmi səfərimdən dolayı məmnunam. Təhlükəsizlik, ticarət və elm sahəsində əməkdaşlıq hər iki ölkə üçün olduqca faydalıdır. Ötən il qiyam cəhdi ilə Türkiyə demokratiyasını zədələmək istəyənləri sərt şəkildə bir daha qınayıram. Yaxın bir dostu olaraq İngiltərə hər zaman Türkiyəni dəstəkləməyə hazırdır”, - nazir bildirib.
Qeyd edək ki, Dunkan hazırda Türkiyədə səfərdədir