İngiltərə hər yerdə 'casusu' axtarır

Baxış sayı:
7327

İngilis nazir Alan Duncan ölkəsinin Vaşinqton səfirinin diplomatik yazışmalarının kompüter piratlığı nəticəsində deyil, içəridən birinin sızdırmasıyla mətbuatda yer aldığını açıqlayıb.
 
İngiltərənin Xarici İşlər Nazirliyinin Avropa və ABŞ-dan Məsul Dövlət naziri Alan Duncan parlamentdə etdiyi açıqlamada, İngiltərənin Vaşinqtondakı səfiri Kim Darroçun ABŞ prezidenti Donald Trampın "bacarıqsız" olduğu ifadəsinin yer aldığı gizli diplomatik yazışmalarının sızdırılmasıyla əlaqədar fikir bildirib.
Trampın təpki verməsindən sonra istefa verən Darroça yeni bir vəzifə verilə biləcəyini ifadə edən Duncan, "Bu anda bunun (sızıntı) kompüter piratlığından qaynaqlandığına dair bir dəlil yoxdur. Buna görə də qeyri-qanuni olaraq bu yazışmaları mətbuata sızdıran sistem içindəki adamı tapmağa fokuslanmışıq" deyib.
Müxalifət.az