İngiltərə çağırış etdi: BMT TƏCİLİ TOPLANIR

Baxış sayı:
6766

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası, İngiltərənin çağırışı ilə Suriyada Bəşşar Əsəd rejiminin blokadada saxladığı Şərq Gutadaki humanitar böhranı müzakirə etməküçün təcili iclas keçirilməsi təklifini qəbul edib.
 
Şuranın sözçüsü Rolando Gomez, BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında Şuranın Şərq Gutataki insan haqları pozuntularını müzakirə etmək üçün bu gün saat 17.00-da təcili iclas keçirəcəyini deyib.
Rusiyanın qarşı çıxmasına baxmayaraq qəbul edilən "təcili iclasda", İngiltərənin təqdim edəcəyi qətnamə layihəsi 47 üzvlü Şura tərəfindən müzakirə edildikdən sonra səsverməyə çıxaracaq.
İngiltərənin qərar layihəsində Şərq Gutada BMT-nin aldığı atəşkəs qərarının dərhal yerinə yetirilməsi, vətəndaşlara təcili humanitar yardım daşınmasının həyata keçirilməsi və regiondakı yaralı və xəstələr də daxil, mindən çox adamın təcili təxliyyə olunması tələbi yer alır.
 
KOMİSSİYA YARADILMASI TƏLƏB OLUNACAQ
 
Layihədə, Əsəd rejiminin Şərqi Gutadaki mülki vətəndaşlara qarşı hücumlarını "dərhal dayandırması" və son dövrdə bölgəyə edilən hücumların geniş şəkildə araşdırılması üçün müstəqil istintaq komissiyasının yaradılması tələb olunur.
Verilən məlumata görə, layihədə ayırca, Suriyadakı müharibə cinayətləri və insanlığa qarşı işlənən cinayətlərin (BMT) Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyası tərəfindən araşdırılaraq vəzifəlilərin hesab verməli olduğu vurğulanır.
Müxalifət.az