İngiltərə baş nazirindən açıqlama: “Skipral və qızını zəhərləyənlər Rusiya “KRU”-nun üzvləri olub”

Baxış sayı:
3046

İngiltərənin baş naziri Tereza Mey, ikili agent Sergey Skripal ilə qızı Yulianın zəhərlənməsində iştirak edən şəxslərin Rus kəşfiyyat xidməti üçün çalışdığını irəli sürüb.
 
İngilis polisinin Skripalin zəhərlənməsi hadisəsinin iştirakçısı olan 2 Rus vətəndaşının şəkillərini və adlarını açıqlamasından sonra parlamentdə danışan Mey, bu şəxslərin Rusiya hərbi kəşfiyyat xidməti işçiləri olduğunu iddia edib.
“Hökümətimiz polisin müəyyən etdiyi 2 nəfərin Rusiya hərbi kəşfiyyat xidməti olan “GRU” üçün çalışdığını təsbit edib" deyən Mey, bu təşkilatın yüksək bir intizam içində və Rus dövlətinin yüksək pillələrinin razılığı ilə hərəkət etdiyini deyib.
Skripal araşdırmasında 250 detektivin 11 min saatlıq təhlükəsizlik kamerası görüntülərini araşdırdığını və 1400 təcrübə şahidlərinin ifadəsinə müraciət etdiyini bildirən Mey, istintaq nəticəsində şübhəlilər Aleksandr Petrov ilə Ruslan Boşirovun İngiltərəyə giriş edəndən etibarən getdikləri yolun müəyyən edildiyini qeyd edib.
Mey, şübhəlilərin Moskvadan Londonun “Gatwick” Hava Limanına 2 martda gəldiklərini və şəhərin şərq hissəsindəki bir oteldə 2 gecə qaldıqlarını söyləyib. Mey, oteldə aparılan tədqiqatda Skripalin zəhərlənməsində istifadə olunan “Noviçok” maddəsinin izlərinə rast gəlindiyini qeyd edib.
Şübhəlilərin Skripalin zəhərləndiyi 4 martda Salisbury şəhərinə getdiyini bildirən Mey, eyni axşam Moskvaya geri qayıtdıqlarının da aşkar edildiyini bildirib.
Mey, Salisburydə Skripalin zəhərlənməsi hadisəsi ilə iyul ayında Amesburydə Dawn Sturgess və Çarli Rowley adlı İngilis vətəndaşlarının zəhərlənmə hadisənin tək bir istintaq çərçivəsində birləşdirildiyini də qeyd edib.

Müxalifət.az