İngilislərin DƏRDİ NEFTDİR – İRAQDAN GETMƏK İSTƏMİRLƏR

ABŞ-la birlikdə 2003 cü ildə “İraqa demokratiya gətirəcəyik” adı ilə İraqa gələn ingilislər neft ticarətindən əldə etdikləri milyardlardan qopmaq istəmirlər.
 
Şimali İraqda Bərzaninin 25 sentyabrda həyata keçirdiyi qondarma müstəqillik referendumunun ardından bölgədə kartlar yenidən paylanmağa davam edir.
2003-cü ildə ABŞ ilə birlikdə demokratiya bəhanəsiylə İraqa girən, ancaq gerçəkdə isə neftə göz tikən İngilislər indi də bölgədən çıxmaq istəmirlər.
İngiltərənin “Gulf Keystone Petroleum” şirkəti Şimali İraqın nəzarətində olan Duhokdakı neft yataqlarından oktyabr ayında 34 min 525 barel neft çıxardığını açıqlayıb.
Şirkətin açıqlamasında diqqət çəkən digər bir məqam isə regionda neft çıxarmağa davam edəcəklərini ifadə etmələri olub. Bu da o anlama gəlir ki, İngilislər 2003-dən bəri ələ keçirdikləri “yağlı tikə”dən vaz keçmək fikrində deyillər. Anlayırlar ki, əgər bölgədən çıxsalar, bir daha “demokratiya” bəhanəsi ilə regiona girə bilməyəcəklər. Çünki artıq regionun sahibləri öz yer və yataqlarına sahib çıxmağa başlayıblar.

Müxalifət.az