İngilislərdən S-400 iddiası! Türkiyə yalanladı

Baxış sayı:
4873

 İngilislər ABŞ-ın Türkiyədən S-400 alışını 2020-ci ilə qədər təxirə salmasını istədiyini yazıb. Türkiyə isə bu iddiaları təkzib edib.
 
“Reuters” xəbər agentliyi ABŞ-ın Türkiyədən S-400 hava müdafiə sistemlərinin təhvil alınmasının 2020-yə qədər təxirə salınmasını istədiyini yazıb. Xəbərdə, Ankaranın bu təklifi düşünücəyi iddia edilərkən, “Reuters”-ə danışan yüksək səviyyəli bir Türk səlahiyyətli "S-400-ləri iyulda alacağıq. Mövqeyimiz dəyişmədi" deyərək xəbəri təkzib edib.
İngilis xəbər agentliyi “Reuters” ABŞ-ın Türkiyənin yaratmaq istədiyi işçi qrupunu qəbul etməsi qarşılığında Rusiyadan alınan S-400 raket əleyhinə müdafiə sisteminin iyul ayında təhvilini təxirə salmasını istədiyi və Ankaranın da məsələni dəyərləndirdiyini iddia etmişdi.
Ancaq yenə “Reuters”-ə danışan yüksək səviyyəli bir Türk səlahiyyətli, Türkiyənin iki NATO müttəfiqi arasında diplomatik böhrana səbəb olan müqavilədən çəkilməyəcəyini təkrarlayıb. Səlahiyyətli, "S-400-ləri iyulda alacağıq. Mövqeyimiz dəyişmədi" deyib.
Müxalifət.az